Gələn həftə Azərbaycana payız fəsli daxil olacaq

Gələn həftə Azərbaycana payız fəsli daxil olacaq.

 

APA TV-nin AMEA Şamaxı Astrofizika Rəsədxanasına istinadən verdiyi xəbərə görə, payız fəsli Azərbaycana 22 sentyabr saat 17:30:36-də daxil olacaq.

 

Bu zaman gecə ilə gündüz bərabərləşəcək.

 

Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarım kürəsindən cənub yarım kürəsinə keçəcək və həmin andan Şimal yarım kürəsində payız fəsli başlayacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv