Gəmilər, avtomobillər və qatarlar səs siqnalı verdi – BAKIDA SÜKUT ANI
Qanlı 20 yanvar şəhidlərinin əziz xatirəsini yad etmək üçün insanlar şəhidlər xiyabanına üz tutur, şəhidlərimizin ruhuna dualar oxunur, namazlar qılınıb. Həmçinin, bu gün Bakı vaxtıyla saat 12.00-da şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
APA TV-nin məlumatına görə, avtomobillərlə yanaşı, gəmilər və qatarlar da səs siqnalları verib.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 131 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.