Gənc qızlar motosikletlə qəzaya düşdü - GƏNCƏDƏ

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2107" markalı minik maşını ilə motosiklet toqquşub.

 

Qəza nəticəsində motosikletin sürücüsü və sərnişini - 1996-cı il təvəllüdlü Mədinə Səxavət qızı Xələfova və 1995-ci il təvəllüdlü Aynur Məntiq qızı Mehdiyeva xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hər iki yaralıya lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv
Apa.tv