Gəncə Ermənistan ərazisindən yenidən atəşə tutulub
Düşmən Gəncə şəhərini Ermənistan ərazisindən atəşə məruz qoyub.
APA TV-nin xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin (MN) mətbuat xidməti məlumat yayıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, mülki obyektlərə ciddi ziyan dəyib, sakinlər arasında yaralananlar var.
Gəncənin ermənilər tərəfindən atəşə tutulması ilə bağlı Baş Prokurorluq da məlumat yayıb.
Bildirilib ki, hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.