"Gəncə İran şəhəri, Nizami fars şairidir" - İranlı diplomatdan həyasız iddia
Tehranda keçirilən “Nizami Gəncəvi həftəsi”nin açılış mərasimində İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Gəncənin guya “İran şəhəri” olduğunu iddia edib.
Bakupost.az-ın məlumatına görə, bu barədə İran mediası məlumat yayıb. Kənani Nizami Gəncəvini “fars zadəganlarından olan İran şairi” kimi də təqdim edib.
Kənaninin fikrincə, Gəncəvi məhz İranın təsiri altında yaradıcılıqla məşğul olub.