Gəncə sakini arvadını qətlə yetirib

Gəncədə həyat yoldaşını qətlə yetirən kişi tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisəni şəhər sakini, 1985-ci il təvəllüdlü Şabanov Sabir Əli oğlunun törətdiyi məlum olub.

Sabir Şabanovun qısqanclıq zəminində həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv