Gəncə sakini bıçaqlandığını gizlətmək istədi, amma…
Gəncə sakini bıçaqlanıb.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Füzuli küçəsində qeydə alınıb.
Şəhər sakini - 1971-ci il təvəllüdlü Əliyev Telman Bahadur oğlu qarın nayiyyəsinə kəsilmiş-deşilmiş yara diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 48 yaşlı kişi dərhal cərrahi əməliyyat olunub, vəziyyəti orta-ağır qiymətləndirilir.
Xəsarət alan şəxs həkimlərə bildirb ki, yıxılıb onun qarınına dəmir parçası batıb. Sonrada məlum olub ki həmin şəxs bıçaqlanıb.
Hadisə ilə bağlı məlumatlandırılan polis araşdırmalara başlayıb.