Gəncə sakini küçədə gəzərkən quyuya düşdü

Gəncədə bədbəxt hadisə baş verib.

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Krılov küçəsi ilə Nəriman Nərimanov küçəsinin kəsişməsində  qeydə alınıb.

Şəhər sakini, 1988-ci il təvəllüdlü Natiq Əliyev sözügedən küçədə yıxılaraq kanalizasiya quyusuna düşüb və xəsarət alıb.

Yaralı ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ķi, hadisə baş verən ərazidə su-kanalizasiya xətlərinin çəkilişi ilə bağlı bir müddətdir təmir-tikinti işləri gedir.

Müəllif | Apa.Tv
Apa.tv