Gəncə sakini Kürdə çimərkən boğuldu
Şəmkirdə bir nəfər Kürdə batıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.
Gəncə sakini, 1998-ci il təvəllüdlü Elman Əhmədov Kürdə çimərkən batıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aparılan axtarışlar nəticəsində onun meyiti Samux rayonu ərazisində, Yenikənd su anbarı yaxınlığında tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.