70 yaşlı kişi qardaşı arvadını, gəlinini və nəvələrini bıçaqladı
Gəncədə dəhşətli qətl hadisəsi baş verib. Bir ailənin 4 üzvü bıçaqlanıb, onlardan biri ölüb.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb.
Belə ki, şəhər sakini 70 yaşlı Mahir Quliyev ailə münaqişəsi zamanı qardaşı arvadı 53 yaşlı Ofelya Quliyevanı, gəlini 36 yaşlı Günay Quliyevanı, nəvələri 14 yaşlı Malik Quliyevi və 18 yaşlı Sevinc Quliyavanı bıçaqlayıb.
Münaqişə zamanı Ofelya Quliyeva hadisə yerində dünyasını dəyişib. Digər yaralılar isə hadisə yerinə cəlb olunan Gəncə şəhər BPİ Post Patrul Xidmətinin əməkdaşları tərəfindən xidməti avtomobilləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıldıqları üçün onların həyatını xilas etmək mümkün olub.
Xəstəxanadan bildirilib ki, yaralılar vaxtında çatırılmasaydı, onların həyatı üçün təhlükə ola bilərdi. Hər üç xəstə əməliyyat edilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Polis və prokrorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat axtarışları nəticəsində cinayəti törədən şəxs 70 yaşlı Mahir Quliyev saxlanılıb.
Məlumata görə, hadisə Mahir Quliyevin gəlini Günay Quliyevanın, onun oğlu Elnur Quliyevdən boşanmaq istədiyi üçün baş verib. Sabah isə onların boşanması üçün məhkəmə olacaqmış.
Faktla bağlı Gəncə şəhər prokrorluğunda cinayət işi açılıb, araşdırma aparılır.