Gəncə sakini silahla tutuldu

Gəncə sakinindən silah aşkarlanıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, polis əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini Sabir Abdullayev saxlanılaraq Polis Bölməsinə gətirilib.

 

Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd, atəşə yararlı, “Revolver” tipli tapança götürülüb.

 

Götürülən maddi sübut ekspertizaya göndərilib, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv