Gəncə sakini Zaqatalada külli miqdarda narkotiklə tutuldu

Gəncə sakini Zaqatalada külli miqdarda narkotiklə tutuldu.

APA TV-nin məlumatına görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər də dəfələrlə məhkum olunmuş, 52 yaşlı Arif Babayev şübhəli şəxs qismində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 2 kiloqram 50 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

 

 

Müəllif | Apa.Tv
Apa.tv