Gəncə şəhəri dezinfeksiya olundu

Koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə, Gəncədə aparılan dezinfeksiya işləri xüsusi qrafikə uyğun olaraq davam etdirilir. Daxili İşlər Nazirliyinin silahlanmasında yer alan ictimai asayişi mühafizə maşınları yeni tip koronavirusla mübarizə tədbirləri çərçivəsində bu dəfə Gəncə şəhərində küçələrin dezinfeksiyası işlərinə cəlb ediliblər.

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, dezinfeksiya işləri şəhərin bütün istiqamətləri üzrə aparılıb. Şəhərin küçə və prospektlərini, yaşayış massivlərini, park və xiyabanları əhatə edib.

Qeyd edək ki, bir qədər əvvəl şəhərdə olan çoxmənzilli binalarda dezinfeksiya işləri aparılıb.

Bundan sonrada koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, Gəncədə küçə və prospektlərdə dezinfeksiya işləri davam ediriləcək.

Müəllif | Apa.Tv
Apa.tv