Gəncə şəhərində iki yol qəzası baş verib - VİDEO

Gəncə şəhərində iki yol qəzası baş verib.Qəza şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.Hərəkətdə olan “Niva” markalı minik maşını “VAZ 2106” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində 2 nəfər xəsarət alıb, onlar xəstəxanaya yerləşdirilib.Xəsarət alanlar 36 yaşlı Amid Qasımov və 50 yaşlı  Elşad Həsənovdur.Onların vəziyyətinin kafi olduğu bildirilir.Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Digər hadisə isə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.Hərəkətdə olan "Opel" markalı minik maşını yolu keçmək istəyən ortayaşlı qadını vurub.

Piyada dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.Hər  iki Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv