Gülüstan zibilliyindən körpə tapıldı - GƏNCƏDƏ ŞOK OLAY

Gəncədə zibillikdən yeni doğulmuş körpə tapılıb.

 

APA TV-nin qərb bürosunun məlumatına, şəhərin Gülüstan qəsəbəsi ərazisində məişət tullantıları üçün qoyulmuş qutuların yanında tapılan yeni doğulmuş oğlan 3-4 günlükdür.


Körpəni küçədən vətəndaşlar taparaq Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına aparıb. Onda fiziki qüsur qeydə alınmayıb. Hazırda vəziyyəti normal olan körpə həkimlərin nəzarəti altındadır.


Faktla əlaqədar araşdırma aparır.

Müəllif | Apa.Tv
Apa.tv