Gəncə terrorunu törədənlər axtarışa verilib
Baş prokuror Kamran Əliyev Gəncəyə səfər edib.
APA TV-nin yerli bürosunun məlumatına görə, Baş prokuror Qələbə parkında memorial kompleksi ziyarət edib, ermənilərin raket hücumu nəticəsində dağılan əraziləri ziyarət edib.
Baş prokuror Kamran Əliyev bildirib ki, istər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsi dövründə ermənilər muzdlu döyüşçülərdən istifadə ediblər. Onun sözlərinə görə, bununla bağlı konkret faktlar var və həmin şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində işlər aparılır:
Baş prokuror Kamran Əliyev həmçinin bildirib ki, törədilən terror aktları zamanı 3 ailə tamamilə məhv olunub, 6 uşaq həlak olub:
Baş prokuror qeyd edib ki, Ermənilərin şəhərlərimizə atdıqları raket zərbələrinin nəticəsində ən çox tələfat və dağıntı Gəncədə olub.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV