Gəncə Tibb Kollecinin müəllimi qətlə yetirildi

Gəncədə qətl hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə M.Gəncəvi küçəsində qeydə alınıb.

Sözügedən küçədə yaşayan Dəmirov Yusif Fərhad  oğlu evdə bıçaqla qətlə yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbləri və qətlin kim tərəfindən törədildiyi araşdırılır.

Qeyd edək ki, qətlə yetirilən şəxs Gəncə Tibb Kollecinin “Azərbaycan tarixi“ müəllimidir.

Müəllif | Apa.Tv
Apa.tv