Gəncədə 11 yaşından uşaq evində yaşayan qız gəlin köçdü - VİDEO

Gəncə Uşaq Evinin qapıları bu dəfə vağzalı səsinə açıldı. Uşaq evinin məzunu Günay Vəliyeva ailə həyatı qurdu.

Sözü gedən toya şəhər rəhbərliyi ,Türkiyənin Gəncədəki Baş konsulu,rəsmiləri, tanınmış içtimai xadimlər bir sözlə toya dəvət olunan hər kəs iştirak etdi. Uzun illər uşaq evində böyüyən Günay bu gün özünün ən xoş günlərindən biri yaşadı. Qeyd edək ki,Günay Şəmkir rayon sakini Tural bəylə ailə qurub.

Günay Vəliyeva 11-yaşından uşaq evində böyüyüb. Toy el adəti ilə baş tutub. Bəy dəfələrlə uşaq evinə elçi düşüb.Toy ərəfəsində gəlinə dövlət tərəfindən mənzil verilib. Biz də öz növbəmizdə Günay xanımı və Tural bəyi təbrik edirik.

Müəllif | Apa.Tv
Apa.tv