Gəncədə 14 yaşlı qız dəm qazından zəhərləndi

Gəncədə 14 yaşlı qız dəm qazından zəhərlənib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Totanlı yaşayış massivində qeydə alınıb.

 

2005-ci il təvəllüdlü Lalə Şıxəli qızı Qurbanova yaşadığı evin hamamında dəm qazından zəhərlənib. Gənc qız dərhal yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyətinin kafi olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv