Gəncədə 2 avtomobil toqquşub: 2 yaralı

Gəncədə avtoqəza baş verib.

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

“VAZ 2107” markalı minik maşını ilə “Opel” markalı avtomobil toqquşub. Qəza zamanı sürücülər xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv