Gəncədə 2 gənc qızı maşın vurdu

Gəncədə 2 qızı maşın vurub.

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

“VAZ-2107” markalı avtomobil yolu keçmək istəyən 2003-cü il təvəllüdlü Nigar Qocayeva və onun həmyaşıdı Gülgün Hacılını vurub. Qızlardan biri yüngül, digəri isə ağır xəsarət alıb.

 

Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv