Gəncədə 3 maşın toqquşdu - TOYA GEDƏNLƏR QƏZAYA DÜŞDÜ
Gəncədə zəncirvari yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Hərəkətdə olan BMW markalı minik maşını “VAZ-210011” markalı iki avtomobillə toqquşub. Qəza zamanı “VAZ” sürücülərindən biri və onun sərnişini, 1962-ci il təvəllüdlü Gülandar İsgəndər qızı Əhmədova müxtəlif xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Qadının vəziyyəti ağır olduğundan, Gəncədə yerləşən özəl xəstəxanalardan birinə aparılıb.
Məlumata görə, qəzada xəsarət alan şəxslər qohumlarının kiçik toy məclisinə gedirmiş. Qəzaya səbəb avtomobillərdən birinin ötmə əməliyyatını düzgün yerinə yetirməməsidir. Faktla bağlı araşdırma aparılır.