11:05 24 noyabr 2022 54
Ana səhifə Xəbərlər

Gəncədə 4 azyaşlı qız dəm qazından zəhərləndi, biri öldü

Gəncədə 4 azyaşlı qız dəm qazından zəhərlənib.

Hadisə şəhərin Dədə Qorqud küçəsində yerləşən binada qeydə alınıb. Binanın beşinci mərtəbədə yaşayan Musayevlər ailəsinin 4 üzvi dəm qazından zəhərləniblər. Onlar yaxınlarının  köməkliyi ilə dərhal Xəstəxanaya çatdırılıb. Xəstəxanada ilkin müayinə zamanı uşağın birinin öldüyü, üçünün isə ağır olduğu müəyyən olunub.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan verilən xəbərə görə, hadisə yerinə gələn əməkdaşlar araşdırma aparıb. Hadisə zamanı 2020-ci il təvəllüdlü Zəhra Musayevanın dəm qazından zəhərlənərək öldüyünü, daha 3 nəfər – 2015-ci il təvəllüdlü Zeynəb Musayeva, 2018-ci il təvəllüdlü Dərya Musayeva və 2019-cu il təvəllüdlü Fatimə Musayevanın zəhərləndiyini məlum olub.

Qeyd edək ki, zəhərlənən azyaşlı qızlar əmi uşaqlarıdır. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın