Gəncədə 4 mərtəbəli yaşayış binasında yanğın baş verdi

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Həsrət Əliyev küçəsində yerləşən 4 mərtəbəli yaşayış binasında qeydə alınıb.
 

İlkin məlumata görə, yanğın binanın 1-ci mərtəbəsində yaranıb. Hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Əraziyə cəlb olunan yanğınsöndürənlər yanğının qarşısını alıb.

 

Fuad Nazimoğlu, Mehdi Məmməov, APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv