Gəncədə 5 ədəd şam ağacı anidən alışdı - MƏRKƏZDƏ
Gəncədə 5 ədəd şam ağacı yanıb. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Mağrasa bağında qeydə alınıb. Ağaclar anidən alışıb. Əraziyə dərhal Gəncə şəhər yanğından mühafizə hissənin 2 yanğın söndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.