Gəncədə 57 yaşlı qadını maşın vurdu

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

 

Belə ki, 1963 cü il təvəllüdlü Gülnarə İsgəndərova yolu keçmək istəyən zaman “Zil” markalı yük maşını onu vurub. Qadın dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv
Apa.tv