Gəncədə 60 yaşlı qadın dəm qazından zəhərləndi
Gəncədə 60 yaşlı qadın dəm qazından zəhərlənib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Natəvan qəsəbəsində qeydə alınıb.
1960-cı il təvəllüdlü, Səadət Bururki yaşadığı evdə dəm qazından zəhərlənib. Qadın dərhal xəstəxanaya yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, qadın evdə qızdırıcı kimi istifadə olunan sobadan ayrılan qazdan zəhərlənib.