Gəncədə 65 yaşdan yuxarı vətəndaşlarla bağlı reyd keçirilib
Gəncədə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə, elan olunan karantin rejimi qaydalarına əməl etmələri ilə bağlı vəziyyət nəzarətdə saxlanılır. Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhərdə növbəti dəfə reyd keçirərək yaşı 65-dən yuxarı olan şəxslərlə profilaktiki söhbətlər aparıblar.
- İşlə əlaqədar şəhərə çıxmışdım. Qalan müddətdə qaydalara riayət edib, evdə olacam.
- Bütün günü evdə oturmuşam. Dedim axşamçağıdır, çıxım, həm hava alım, həm də çörək və bəzi şeylər alım.
Polis əməkdaşları belə şəxslərlə söhbət zamanı xüsusi karantin rejiminin qaydalarını bir daha xatırladaraq bu tələblərin vətəndaşların sağlamlığı, yarana biləcək təhlükənin qarşısının alınması məqsədi daşıdığını vurğulayıblar. Bundan əlavə, Baş İdarə əməkdaşları şəhər ərazisində qrup halında gəzən sakinlərlə də maarifləndirici söhbət aparıblar.
Reyd zamanı yaxın məsafəli ünsiyyət zamanı virusa yoluxma riskinin daha yüksək olduğu vətəndaşların diqqətinə çatdırılıb, sakinlərə mümkün qədər evdən çıxmamağı, məcburiyyət yarandıqda isə tibbi maska, spirt və əlcəkdən istifadə etmələri tövsiyə olunub.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV Gəncə