Gəncədə 7 nəfər saxlanıldı: UYUŞDURUCU VASİTƏYƏ GÖRƏ

 

Gəncə şəhər Baş polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb. Baş İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Fərid Torçuyev, Aqil Hüseynov, Xəlil Tağıyev, Orxan Cəfərov, Elmir Quliyev, Tural Xəlilov və Anar Həsənov yaxalanıb. Onlardan metamfetamin və heroin aşkar olunaraq götürülüb. Bundan başqa, inzibati qaydada həbs olunan Ruslan Hüseynovun Müvəqqəti Saxlama yerində üzərinə baxış keçirilən zaman ayrı-ayrı bükülülərdə marixuana, heroin, metamfetamin və şprislər aşkarlanıb. Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv