Gəncədə 84 yaşlı kişi dəm qazından zəhərləndi
Gəncədə ahıl kişi dəm qazından zəhərlənib. APA TV-nin yerli bürosunun məlumatına görə hadisə Gəncə şəhər ərazisində qeydə alınıb. Belə ki, 1936-cı il təvəllüdlü Abbasov Cümşüd Rəhim oğlu yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. O, Gəncə şəhər xəstəxanasına yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.