Gəncədə ağır qəza: "Gelandewagen" aşdı

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan “Mercedes-Benz Gelandewagen” markalı minik maşını idarəetmədən çıxaraq arxadan "VAZ 2106"-ya çırpılıb. Daha sonra “Gelandewagen” yoldan çıxaraq aşıb. Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobil yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu, Mehdi Rəşid, APA TV

Müəllif | Apa.Tv
Apa.tv