Gəncədə ana və iki azyaşlı övladı dəm qazından boğularaq ölüb

Gəncə şəhərində ana və iki azyaşlı övladı dəm qazından boğularaq ölüb.

APA TV xəbər verir ki, hadisə Yeni Gəncə deyilən ərazidə baş verib.

Orada yaşayan 1987-ci il təvəllüdlü Leyla Bağırova, onun övladları 2014-cü il təvəllüdlü Murad Məmmədov və 2015-ci il təvəllüdlü Xədicə Məmmədova hamamda çimərkən dəm qazından zəhərlənərək ölüblər.

Dəm qazından boğulan qadın Xırdalan şəhər 2 saylı məktəbin ingilis dili müəllimi olub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb.

Müəllif | Apa.Tv
Apa.tv