Gəncədə ata və 5 yaşlı qızını maşın vurdu
Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Atabəylər küçəsində qeydə alınıb. Gəncə şəhər sakini Füzuli Kərimov idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə piyada keçidindən yolu keçmək istəyən piyadalar - 38 yaşlı Ceyhun Ələsgərovu və onun qızı, 5 yaşlı Mələk Ələsgərovanı vurub. Hər iki piyada xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq azyaşlı 1 gün sonra xəstəxanada həyatını itirib. Onun atası Ceyhun Ələsgərovun vəziyyəti isə qənaətbəxş qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. Fuad Nazimoğlu, APA TV