Gəncədə avtomobil ustası bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.Hadisə şəhərin İsaq Cəfərov küçəsində yerləşən avtomobil təmir sexində qeydə alıb.45 yaşlı şəhər sakini Altay Məmmədov bıçaq xəsarəti ilə Gəncə şəhər Birləşmiş xəstəxanasının Zülfüqar Məmmədov adına xəstəxanasına yerləşdiriliblər. Dərhal yaralıya tibbi yardım olunub, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə hadisə sözü gedən ünvanda yerləşən avtomobil təmir sexində baş verib.Altay Məmmədov həmin sexdə rəngsaz işləyirmiş. Hadisə yerində polis əməkdaşları cəlb olunub,cinayyəti törədən şəxsin saxlanılması istiqamətinə əməliyyat axtarışları davam etdirilir.Baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb.

Fuad Nazimoğlu Elşad Cəfər APA TV Gəncə

Müəllif | Apa.Tv
Apa.tv