Gəncədə avtomobil yanıb
Gəncədə minik maşını yanıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Poçt qəsəbəsinin yaxınlığında qeydə alınıb. Hərəkətdə olan “Passat Golf” markalı minik avtomobilində anidən yanğın olub. Dərhal hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Avtomobil söndürülüb.
Yanğın zamanı minik maşının mühəriki və salonu tam yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. İlkin etimalara görə, yanğına səbəb avtomobilin elektrik naqilərində baş verən qısaqapanma olub.