Gəncədə avtomobilin vurduğu qadın xəstəxanada öldü
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, Şəmistan Mirzəyev idarə etdiyi “VAZ 21015” markalı minik avtomobili ilə hərəkətdə olan zaman yolu keçmək istəyən 1947-ci il təvəllüdlü Ailmə Səfərovanı vurub. Qadın sürücü tərəfindən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.