Gəncədə avtoxuliqanlıq edən şəxslər tutuldu

Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanılıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, günün müxtəlif saatlarında, şəhərin fərqli yerlərində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən şəhər sakinləri - Nail Rzayev, Eldəniz Nəcəfov, Suliddin Novruzov və Taleh Məmmədov saxlanılıb.

Təhlükəsiz Şəhər Xidmətinin kameralarının qeydə aldığı görüntülər əsasında onların kimliyi müəyyən edilib. Saxlanılan şəxslərin nəqliyyat vasitələri isə duracağa yerləşdirilib.

Gəncə şəhər Dövlət Yol Polis Şöbəsinin inspektoru Hacı Həsənov bu cür halların təkrarlanmaması üçün sürücüləri və şəhər sakinlərini diqqətli olmağa çağırıb.

Saxlanılan şəxslər bir il müddətində sürücülük hüququndan məhrum edilib və barələrində məhkəmənin qərarı ilə həbs cəzası verilib.

 

Müəllif | Apa.Tv
Apa.tv