Gəncədə bədbəxt hadisə - USTA HÜNDÜRMƏRTƏBƏLİ BİNADAN YIXILARAQ ÖLDÜ

Gəncədə bədbəxt hadisə baş verib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Azərbaycan Bayrağı  küçəsində inşa olunan hündürmərtəbəli yaşayış binasının tikintisində qeydə alınıb.

 

Şəki rayonunun Böyük Zəyzid kənd sakini, 1991-ci il təvəllüdlü Azər Yusibov usta işlədiyi tikintidə 6-cı mərtəbədən yıxılıb. O aldığı ağır kəllə-beyin travmasından hadisə yerində keçinib. Mərhumun meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

 

Gəncə şəhər Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

 

İlkin araşdırmalarla müəyyən olunub ki, 1991-ci il təvəllüdlü Azər Yusifov “Hünər İnşaatçı” MMC tərəfindən inşa olunan  hündürmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində, texniki işlərin görülməsi zamanı hündürlükdən yıxılıb və aldığı xəsarətlərdən ölüb.

 

Faktla bağlı cinayət işi başlanıb, hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

 

Fuad Nazimoğıu

Mehdi Məmmədov

APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv