Gəncədə bir il əvvəl törədilən oğurluq faktlarının üstü açılıb

Gəncə polisi bir il əvvəl törədilən oğurluq faktlarının üstünü açıb.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 41 yaşlı Rasim Quliyev 2019-cu il aprelin 3-də şəhər ərazisindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 1500 manat dəyərində televizoru götürüb.

 

O, həmçinin ötən il mayın 7-də şəhər xəstəxanalarının birindən 1000 manat dəyərində kompüter, 350 manat dəyərində printer və 1790 manatlıq dərman preparatlarını oğurlayıb. DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımovun sözlərinə görə, Rasim Quliyev şəhər ərazisindəki daha bir mənzilə də qanunsuz daxil olub və 2300 manat dəyərində 2 ədəd televizoru oğurlayıb: “Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində  Rasim Quliyevin 2019-cu ilin iyun ayında daha bir şəhər sakininə məxsus mənzilə daxil olaraq  oradan 400 manat dəyərində 1 ədəd televizoru oğurlaması da aşkar edilib”.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv