Gəncədə bir sıra məhdudiyyətlər aradan qaldırıldı
Bu gündən etibarən narıncı bölgədən çıxarılan rayon və şəhərlərin sırasına Gəncə də daxildir. Artıq burda da sərt karantin rejiminin bir sıra məhdudiyyətləri ləğv edilib.
DİN mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımovun APA TV-nin yerli bürosuna verdiyi məlumata görə, yumşalmalardan biri Gəncənin giriş-çıxışına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasıdır. Artıq digər şəhər və rayonlardan, eləcə də şəhər sakinləri digər şəhər və rayonlara fərdi avtomobilləri ilə gedib-gələ bilərlər.
Bundan başqa, Gəncə şəhərində restoranlar səhər saat 08-00-dan axşam saat 22-00-dək fəaliyyət göstərəcək.
Yumşalmalarla yanaşı, bəzi qadağalar hələ də qüvvədə qalıb. Bunlardan biri də rayonlararası ictimai nəqliyyatın bərpa edilməməsidir.
Fuad Naizmoğlu
Mehdi Məmmədov
APA TV