Gəncədə dəhşətli yanğın
5 otaqlı ev yanaraq yararsız vəziyyətə düşüb
Gəncədə yanğın hadisəsi baş verib.
Hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. Şahmar Hüseynova məxsus 5 otaqlı 200 kvadratmetr sahəsi olan evdə anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı evin 190 kv.m hissəsi əşyaları ilə birlikdə yanıb. Yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.