Gəncədə ər arvadını qətlə yetirib

Gəncədə qətl hadisəsi baş verib.

Hadisə şəhərin Nəriman Nərimanov prospekti, bina 32, mənzil 39 ünvanında baş verib.  Hüquq mühafizə orqanı əməkdaşları tərəfindən sözügedən mənzildə Tovuz rayonun Alakol kənd sakini, 43 yaşlı Yeganə Hümbətovanın üzərində xəsarətlər olan meyiti aşkar olunub. İlkin araşdırma zamanı müəyyən olunub ki, qadını həyat yoldaşı Şəmkir rayon sakini Elşən Quliyev bıçaqla qətlə yetirib.

Ailənin ünvana yeni köçməsi səbəbindən qonşuluqda yaşayan insanlar cütlüyü tanımayıb. Qonşularda hadisədən sonradan xəbər tutub.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Müəllif | Apa.Tv
Apa.tv