Gəncədə erməni terroru nəticəsində ölənlərin sayı 10-a çatdı

Xəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4 qadın olmaqla 9 nəfər həlak olub, 35 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.

 

Baş Prokurorluğun mətbuat xidmətindən APA TV-yə verilən məlumatına görə, bu gün yaralı şəxslərdən biri 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı müalicə olunduğu xəstəxanada vəfat edib.

 

Hazırda digər yaralı şəxslərin stasionar şəkildə müalicələri davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv