Gəncədə ev və avtomobil yanaraq külə döndü – APA TV

Gəncədə yanğın baş verib. Hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Sözü gedən qəsəbədə yaşayan 1958-ci il təvəllüdlü Güldanə Nağıyevaya məxsus ümumi sahəsi 165 kv metr olan fərdi yaşayış evində anidən yanğın olub.

 

Hadisə yerinə 5 yanğınsöndürən maşın və 30-dan artıq canlı qüvvə cəlb olunub. Yanğın qısa zamanda söndürülüb və qonşuluqdakı evlərə keçməsinin qarşısı alınıb.

Yanğın nəticəsində yaşayış evi tamamilə yararsız vəziyətə düşüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Fuad Nazimoğlu

Müəllif | Apa.Tv
Apa.tv