Gəncədə ev yandı – BİR NƏFƏR XƏSARƏT ALIB
Gəncə şəhərində yanğın baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Nigar Rəfibəyli küçəsindəki fərdi yaşayış evlərinin birində qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
Məlumata görə, yanğın nəticəsində bir nəfər - 1985-ci il təvəllüdlü Bağırov Rasim Asif oğlu qolundan yanıq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisə zamanı ümumi sahəsi 120 kv/m olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 80 kv/m sahədə, 1 otağında tavan 20 kv/m sahədə və əşyalar 3 kv/m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.