Gəncədə evdən 93 yaşlı qadının meyiti tapılıb
Gəncədə mənzilərin birindən yaşlı qadın meyiti tapılıb.
APA-TV yerli bürosunun məlumatına görə, hadisə şəhərin Dədə Qorqud küçəsində yerləşən binaların birində qeydə alınıb. Araşdırma zamanı məlum olub ki, ölümüş qadının çürümüş meyiti illərdir sözügedən binanın 2-ci mərtəbəsində bağlı qalan mənzildə olub. Əməkdaşlarımız həmin ünvanda olublar.
Qonşularla söhbət zamanı məlum olub ki, binanın 1-ci mərtəbədə yaşayan sakin evinə su damdığı üçün şikayət etdikdən sonra dəhşətli fakt aşkarlanıb. Evin qapısı qırılaraq açıldıqdan sonra ev sahibinin vəfat etdiyi üzə çıxıb.
Binanın birinci mərtəbəsində yaşayan Təranə Əsgərova deyir ki, daimi evinə su damıb. Onun şikayətlərinə adiyyatı qurumlar tərəfindən baxılmadığı üçün özü üst mərtəbədəki evi zorla açdırmağa məcbur olub.
Məlum olub ki, 93 yaşlı qonşu Yelifolida Strelkova uzun müddət əvvəl mənzilində ölüb.
Binada yaşayan sakinləri deyir ki su danması şikayəti ilə həm üçüncü, həm də birinci mərtəbədə yaşayan qonşular evlərini dəfələrlə təmir etdiriblər. Lakin su danması dayanmayıb. Sonrdan məlum olub ki problem məhz ikinci mərtəbədəki mənzilindir.
Hazırda baş vermiş hadisə ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırmalara başlanıb. Mənzildən aşkar edilmiş qadının meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsində müayinəsi aparılır.