Gəncədə gənc pirotexniki vasitəni yandırarkən xəsarət aldı
Gəncədə bədbəxt hadisə baş verib.
Hadisə şəhəri Nəriman Nərimanov prospektində qeydə alınıb. Şəhər sakini 2004-cü il təvəllüdlü Aqil Əhmədov pirotexniki vasitəni yandıran zaman xəsarət alıb. Pirotexniki vasitə oğlanın əlində partlayıb. Gənc oğlan sol əlindən müxtəlif xəsarətlər alıb. O dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.