Gəncədə gözəllik salonunda yanğın olub
Gəncədə gözəllik salonunda yanğın olub.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Belə ki, sözügedən ünvanda yerləşən ümumi sahəsi 24 kvadratmetr olan gözəllik salonu anidən yanmağa başlayıb. Dərhal hadisə yerinə Kəpəz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki briqadası cəlb olunub.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğının digər tikililərə keçməsinin qarşısı alınaraq alov söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.
İlkin məlumata görə, yanğın elektrik naqillərində baş verən qısaqapanmadan baş verib. Hadisənin təfərrüatları araşdırılır.