Gəncədə hərəkətdə olan avtomobil anidən yandı
Gəncədə avtomobil yanıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Hərəkətə olan “Mercedes” markalı avtomobildə anidən yanmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələri cəlb olunub və alov söndürülüb.
İlkin məlumata görə, yanğına səbəb avtomobilin elektrik sistemində yaranan qısa qapanma olub.