Gəncədə iki avtomobil toqquşdu, xəsarət alanlar var
Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Atabəylər prospektində qeydə alınıb.
Belə ki, “VAZ-2107” markalı avtomobil “Mercedes”lə toqquşub. Qəza nəticəsində iki nəfər - 1964-cü il təvəllüdlü Canpolad Tağıyev və oğlu 1987-ci il təvəllüdlü Orxan Tağıyev xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.